“Aztelekom”a yeni təyinat olub

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-nin rəhbərliyinə təyinat olub.

AzerTimes-ın məlumatına görə, nazir Rəşad Nəbiyevin əmri ilə Samir Məmmədov müəssisənin baş direktoru vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Nazirliyin şöbə müdiri olan S.Məmmədov bu vəzifədən kənarlaşdırılmış Suat Paşayevi əvəz edib.

(Tərcümə: Orxan Nəbiyev)


Teqlər: