“Azərpoçt”a yeni baş direktor təyin olunub

Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC-yə yeni baş direktor təyin olunub.

AzerTimes-ın məlumatına görə, Əfqan Cəlilov bu vəzifəyə təyin edilib.

O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.


Ə.Cəlilov 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri, bu il fevralın 3-dən “Azərpoçt”da baş direktor müavini vəzifəsində işləyib.

Qeyd edək ki, ötən ay Nazim Süleymanov “Azərpoçt”un baş direktoru müavini vəzifəsinə təyin edilmişdi.

Teqlər: