“Azərişıq” Ağstafada elektrik enerjisi şəbəkəsini yeniləyib

Xəbər - Samir Əli – Trend:

“Azərişıq” ASC Ağstafa rayonunda elektrik enerjisi şəbəkəsinin yaxşılaşdırılması işlərini həyata keçirir.

AzerTimes-ın məlumatına görə, rayonun Poylu kəndinin elektrik enerjisi təsərrüfatı yenilənib.

Sakinlərinin müraciətləri nəzərə alınaraq kəndin girişində yerləşən və uzun müddətdir istismar olunan köhnə transformator yenisi ilə əvəz olunub, yeni kabellər çəkilib.

Xatırladaq ki, “Azərişıq” hazırda “Azərişıq Qarabağda” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturunu yeniləməkdədir.

Teqlər: