“Azəriqaz”ın baş direktoruna yeni müavinlər təyin olundu

“Azəriqaz” İstehsalat Birliyi abonent məmnuniyyətinə nail olmaq üçün fəaliyyətində ayrı-ayrı vaxtlarda bir sıra dəyişikliklər edir. Birlikdə struktur islahatı aparılmaqla növbəti belə bir addım atılıb.

İstehsalat Birliyidən AzerTimes-a verilən məlumata görə, “Azəriqaz” İB-də işin səmərəliliyini artırmaq məqsədi ilə baş direktorun satış və istismar üzrə müavini vəzifəsi bazasında baş direktorun satış üzrə müavini və baş direktorun istismar üzrə müavini vəzifələri yaradılıb. Baş direktorun satış üzrə müavini vəzifəsinə Rəşad Mübariz oğlu Cavadov, baş direktorun istismar üzrə müavini vəzifəsinə isə Cahid Əlisəf oğlu Hüseynov təyin ediliblər. Cahid Hüseynov bu təyinata qədər baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb. Rəşad Cavadov isə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi olub.

Qeyd edək ki, satış və istismar hər biri ayrı-ayrılıqda kifayət qədər ağır sahələr hesab olunur. Bundan başqa bir-birindən idarəetmə, nəzarət baxımından fərqli münasibət tələb edir. Bir rəhbər şəxsin üzərində iki sahənin yükünün olması isə işin səmərəli təşkilində müəyyən çətinliklər yaradırdı. Hesab edirik ki, bu struktur islahatı satış və istismar sahəsində görüləcək işlərin keyfiyyətini daha da artıracaq. Hər bir istiqamətin inkişafı üçün bundan sonra da lazımi imkanlar yaranacaq.

Teqlər: