Azərin Ankarada Dostluq konsertini verdi

Azərin Ankarada Dostluq konsertini verdi

Xalq artisti Azərin Türkiyənin paytaxtı Ankarada konsert proqramı ilə çıxış edib.

“Azərbaycan-Türkiyə dostluq konserti” musiqili gecəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Səhnəyə çıxan Azərin artıq Madagizdə (Suqovuşan) Azərbaycan bayrağının dalğalandırıldığını qeyd edib: “Azərbaycanın haqlı davasında yanımızda olan, bizimlə çiyin- çiyinə duran, dəstəyini əsirgəməyən, təkcə Azərbaycanın deyil, ədalətin, haqqın, insanlığın yanında olan Türkiyə dövləti və xalqına təşəkkürlər”.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim də iştirak edib.

azerin dostluq konserti