Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb

Xəbər - Cani Babayeva – Trend:

Gimnastımız İvan Tixonov İsveçrənin Bazel şəhərində keçirilən bədii gimnastika üzrə Avopa çempionatının çoxnövçülükdə finalına çıxıb.

AzerTimes-ın məlumatına görə, çempionatın ikinci günündə kişilərin arasında təsnifat mərəhələsi keçirilib, Azərbaycanı yarışda Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil edib.

Çıxışların nəticələrinə görə, azərbaycanlı gimnast İvan Tixonov çoxnövçülük proqramı üzrə finala yüksəlib, onun altı hərəkət üzrə ümumi nəticəsi 81,432 xal (sərbəst hərəkətlər – 13,400 xal, gimnastika atı üzərində hərəkət – 13,166 xal, gimnastika üzüklər üzərində – 14,200 xal, dayaqlı tullanma – 14?200 bal, paralel çubuqlar – 13,833 bal, turnik – 12.633 xal).

Ağamurad Qəhrəmanov sərbəst hərəkətinə görə 12.766 xal, dayaqlı tullanma üzrə nəticəsi 13.400 xal, hakimlər paralel çubuqlarda 9.108 xal, turnikdə hərəkətlərə görə 9.933 xal verib. A.Qəhrəmanovun dörd məşq üçün ümumi nəticəsi 45.207 xal təşkil edib.


Nikita Simonov yalnız bir növdə – gimnastika üzüklər üzərində hərətlərdə çıxış edərək 14.000 xal toplayıb.

Bədii gimnastika üzrə Avopa Çempionatı 21-25 aprel 2021-ci il tarixlərində Bazeldə keçirilir. Yarışa dünyanın 38 ölkəsindən 268 idmançı iştirak edir.

Xatırladaq ki, ötən gün qadınlar arasında azərbaycanlı gimnast Marina Nekrasova dayaqlı tullanma proqramında Avropa çempionatının finalına çıxıb.

Teqlər: