Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram – İtaliya gimnastı

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram.

Bunu AzerTimes-a İtaliya gimnastı Aleksandra Acurcukuleze deyib. O, bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə çıxışından razı qalıb: “Mən hər iki proqramda çıxışlarımdan razı qaldım. Topla hərəkətlərdə bir səhvim oldu, lentlə hərəkətlərdə isə itkisiz çıxış etsəm də, daha yaxşı çıxış edə bilərəm”.

A.Acurcukuleze bildirib ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda dəfələrlə iştirak edib və özünü burada doğma evdəki kimi hiss edir: “Həmişəki kimi, Bakıda təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Mən Bakıda birinci dəfə deyil ki, iştirak edirəm, azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram. Zöhrə Ağamirovayla yaxın dostluq münasibətlərim var”.


Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: