Azərbaycanlı gimnast Mixail Malkin Avropa çempionatında finala çıxıb

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanlı gimnast Mixail Malkin Rusiyanın Soçi şəhərində keçirilən tamblinq üzrə Avropa çempionatında batut üzərində hərəkətlərdə, ikili mini-batut və tamblinq üzrə yarışlardan finala çıxıb.

AzerTimes-ın məlumatına görə, M.Malkin tamblinq üzrə 76.200 xal yığaraq lider qismində finala yüksəlib.

Gənclər arasında batut üzərində hərəkətlərdə Azərbaycanı Hüseyn Abbasov, Nicat Mirzəyev və Maqsud Maqsudov təmsil edir. H.Abbasov 96.195 xal yığaraq təsnifatda 13-cü yeri tutub və ikinci mərhələyə çıxıb. M.Mirzəyev 89.875 xalla 30-cu, M.Maqsudov 60.070 xalla 40-cı olub.

Tamblinq üzrə Avropa çempionatı Soçidə aprelin 29-dan mayın 2-dək keçirilir. Yarışda 23 ölkədən idmançılar iştirak edir.

Azərbaycanı Avropa çempionatında Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev və Mixail Malkin təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: