Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair sənəd təsdiq edildi

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu Milli məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, müzakirələr zamanı sənədin əhəmiyyəti qeyd edilərək iki ölkə arasında əməkdalığa töhfə verəcəyi vurğulanıb.

Müzakirələrdən sonra memorandum səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür. Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Teqlər: