Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişləndiriləcək – İnam Kərimov

Xəbər - Samir Əli – Trend:

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişləndiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, hazırda Bakıda keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində Türkiyədən böyük nümayəndə heyəti iştirak edir: “Sərgidə bir çox ölkələrdən nümayəndə heyəti iştirak edir. Türkiyə nümayəndə heyəti də iştirak edir. Gələcəkdə Türkiyə ilə əməkdaşlığı daha da genişləndirmək fikrindəyik. Bununla bağlı danışıqlar da aparmışıq. Gələcəkdə təşkil edilən sərgilərdə daha çox Türkiyə şirkətləri təmsil olunacaq”.

Teqlər: