Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi baş tutub

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi keçirilib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

Sülhməramlılarının komandanı deyib: “Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının reallaşdrılması məqsədi ilə növbəti əsir mübadiləsi həyata keçirilib”.

Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə bir əsir Ermənistandan Bakıya, beş əsir Azərbaycandan İrəvana çatdırılıb.

Teqlər: