Azərbaycanın Türkiyəyə qaz ixracı 12 faizdən çox artıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin fevralında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,375 milyard, Azərbaycandan 966 milyon, İrandan 808 milyon kubmetr təşkil edib.

Fevralda Rusiyadan Türkiyəyə qaz ixracı 113,6 faiz, İrandan isə 5,4 faiz artıb.

2021-ci ilin fevralında Türkiyə 4,15 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 1,851 milyard kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: