Azərbaycanın ixrac strukturu dəyişməyə başlayıb – AQTA rəsmisi

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanda artıq ixrac strukturu dəyişməyə başlayıb.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, əvvəlki dövrdə həcmindən, tələbləri yerinə yetirmə potensialından asılı olmayaraq istənilən təsərrüfatdan məhsul ixrac etmək mümkün idi, lakin indi qaydalar dəyişib:

“Artıq aqrar sektorun qarşısında yeni çağırış yaranıb və bu çağırış ondan ibarətdir ki, ixrac potensialı olan, idxalçı ölkələrin tələblərini yerini yetirmək iqtidarına malik müəssisələrin məhsulları ixrac edilməlidir”.

E.Mikayılov həmçinin, payız mövsümü ilə bağlı qeyd edib ki, son dövrlər dünyada, o cümlədən qonşu ölkələrdə, bir sıra bitki mənşəli virus xəstəlikləri yayılıb və Rusiya tərəfindən Azərbaycandan gedən bir neçə yük partiyasına bu mövzuda bildirişlər göndərilib. O bildirişlərin bəziləri öz təsdiqini tapıb. Bu yalnız Rusiya ilə bağlı məsələ deyil. Türkiyədə, Avropanın bütün böyük və inkişaf etmiş ölkəklərində hazırda eyni problem yaşanır. Ona görə biz payız mövsümü üçün əsas diqqəti təsərrüfatlarda zərərvericilərin qarşısını almağa yönəltdik”.

Teqlər: