Azərbaycanın İsraildə ticarət missiyasının açılışı tarixi hadisədir – Səfir

İsraildə Azərbaycan Ticarət missiyasının açılışı tarixi bir hadisədir.

Trend xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik “Twitter”də yazıb.

O qeyd edib ki, bu gün tarixi bir gündür, çünki iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Azərbaycanın İsraildə heç bir nümayəndəliyi olmayıb.

“Bu gün Tel-Əvivdə Azərbaycanın ticarət missiyası açıldı və ilk dəfə olaraq Azərbaycan bayrağı İsraildə dalğalanacaq”, – Dik yazıb.

Səfir bu tədbirin iki ölkə xalqlarını daha da yaxınlaşdıracağını, əlaqələrin daha yaxın və hərtərəfli inkişafı üçün imkanlar yaradacağını vurğulayıb.

Gələn il iki ölkə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcək. Dik yazdığına görə, bayram tədbirləri həm Azərbaycanda, həm də İsraildə baş tutacaq.