Azərbaycanın azad edilmiş ərazilərində arıçılığın inkişafı ilə bağlı plan hazırlanır

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycanın azad edilmiş ərazilərində arıçılığın inkişafı ilə bağlı plan hazırlanır.

Bunu AzerTimes-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O bildirib ki, həmin ərazilərdə arıçılığın inkişaf etdirilməsi nəticəsində məhsul istehsalı 50 faiz arta bilər: “Qarabağda arıçılığın inkişafı üçün əlverişli şərait mövcuddur və assosiasiya üzvləri bir neçə dəfə bu ərazilərdə olublar”.


B.Həsrətov vurğulayıb ki, iki il əvvəl Azərbaycanda arı ailələrinin sayı 200 min təşkil edirdi, ötən ilə isə 500 minə çatıb: “Eyni zamanda, məhsuldarlıq da artıb. Əvvəl bir arı şanından 10 kiloqram bal alırdıqsa, indi məhsuldarlıq 5 kiloqram artıb”.