Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı vaxt açıqlanıb

Xəbər - Fidan Babayeva – Trend:

Azərbaycan 2021-ci ilin ikinci yarısında Ukraynaya 400 avtomobil ixrac edəcək.

Bunu AzerTimes-a “Azərmaş” ASC-nin İdarə heyəti sədrinin birinci müavini Zaur Hacıyev deyib.

O bildirib ki, ilin əvvəlindən Ukraynaya iki avtomobil ixrac edilib və hazırda onların sertifikatlaşdırılması aparılır.


İstehsalın genişləndirilməsi məsələsinə toxunan Z.Hacıyev xatırladıb ki, “Azərmaş Park” MMC Rusiyanın “QAZ” şirkətlər qrupu ilə Azərbaycanda kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb.

(Tərcümə: Orxan Nəbiyev)