Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin iyulunda Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 50,63 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,305 milyard, İrandan 633,2 milyon, Azərbaycandan isə 540,03 milyon kubmetr təşkil edib.

İyul ayında Rusiyadan Türkiyəyə qaz ixracı 173,45 faiz artıb, İrandan isə 4,69 faiz azalıb.


2021-ci ilin iyulunda Türkiyəyə ümumi qaz idxalı ötən ilin iyulu ilə müqayisədə 30,15 faiz artaraq 4,047 milyard kubmetr təşkil edib. Türkiyə 3,479 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 568,45 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: