Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir

Xəbər - Fidan Babayeva, Orxan Nəbiyev – Trend:

2020-ci ilin iyulunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə IDEA şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərdən biri “Halul Group Real Estate” arasında ixrac haqqında saziş imzalanıb.

Bu barədə AzerTimes-a İqtisadiyyat Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, sazişə əsasən IDEA “Doha Oasis” layihəsi üçün yerli memarlar tərəfindən müasir tərzdə hazırlanmış ekotullantılardan skamyalar və qutular ixrac edib. Həmin layihənin tezliklə Qətərdə işə salınması planlaşdırılır.

“Doha Oasis” Qətərin paytaxtı Dohanın mərkəzində unikal çoxfunksiyalı kompleksdir.