Ölkəmizdən Cibuti’yə yardım

Ölkəmizdən Cibuti’yə yardım

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə Azərbaycan Hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.

A.R. Fövqəladə Hallar Nazirliyinin saytında olan məlumatına görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.