Azərbaycandan Belarusa neft ixracının həcmi açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvarında Belarus 54,43 milyon dollar məbləğində 142,5 min ton neft ixrac edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Belarusun Milli Statistika Komitəsi məlumat verir.

Hesabat dövründə Belarus, həmçinin 873 min ton neft məhsulu ixrac edib. İxracın ümumi məbləği 311,8 milyon manata bərabər olub.

Eyni zamanda, Belarus yanvar ayında 505,96 milyon dollar məbləğində neft idxal edib. Bu ölkəyə Rusiyadan 466 milyon dollar, Azərbaycandan 40 milyon dollar məbləğində neft idxal olunub.

Teqlər: