Azərbaycandakı helikopter servis mərkəzi əsaslı təmir üzrə regional qovşağa çevrilə bilər

Xəbər - Sədrəddin Ağcayev – AzerTimes:

Rusiyanın Azərbaycandakı helikopter servis mərkəzi əsaslı təmir üzrə regional qovşağa çevrilə bilər.

Bunu AzerTimes-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

Onun sözlərinə görə, servis mərkəzinin hazırkı gücü “Mi” tipli helikopterlərin tam təmir və xidmətini həyata keçirməyə imkan verir: “Azərbaycan gələcəkdə servis mərkəzinin helikopterlərin əsaslı təmiri üzrə regional qovşağa çevrilməsini planlaşdırır. Buraya qonşu ölkələrin helikopterəri gətirilə bilər”.

Ticarət nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi həm də layihənin uğurla başa çatması üçün zəruri avadanlığın istehsalı və tədarükünü davam etdirir: “Müqaviləyə uyğun olaraq, helikopter servis mərkəzi 2023-cü ildə istifadəyə verilə bilər”.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: