Azərbaycanda vaksin olunanların sayı 487 mini keçib

Martın 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,121 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 487,561 nəfər peyvəndlənmə prosesində iştirak edib.


Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Teqlər: