TNT, TNT4 yayımı dayandırıldı

TNT, TNT4 yayımı dayandırıldı

Rusiyanın TNT və TNT4 kanallarının yayımı Azərbaycanda müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hər iki kanal 25 aprel tarixinə qədər KATV1 kabel televiziyasının yayımından çıxarılıb. Sözügedən kanalların yerinə türk kanalları daxil edilib.

KATV1 müştəri xidmətləri şöbəsindən bildirilib ki, kanalların yayımının dayandırılıması 24 aprel ermənilərin qondarma soyqırım günü ilə əlaqədardır. Belə ki, sözügedən kanallarda “soyqırım” ilə bağlı verilişlərin yayımlanması və təbliğatı səbəbi ilə KATV həmin kanalların 25 aprel tarixinə qədər yayımını məhdudlaşdırıb.