Azərbaycanda son sutkada 2 676 nəfər COVID-19-a yoluxub, 38 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 676 yeni yoluxma faktı qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 460 092 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.


Ölkədə son sutka ərzində 13 536 , hazırkı dövrədək isə 4 652 996 test aparılıb.

Teqlər: