Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat növündən istifadə edib

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı sahəsində sərnişinlərin 91,3 faizi avtobus, 8,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

AzerTimes-in məlumatrına görə, ümumilikdə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə qeyd olunan müddət ərzində 71,1 milyon ton yük, 713,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 8,2 faiz azalma qeydə alınıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 55,6 faiz azalaraq 28,7 milyon nəfər olub.

Twitter: @ElchinMehdiyev

Teqlər: