Azərbaycanda sabahdan yeni qaz sayğaclarının quraşdırılmasına başlanılır

“Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən ölkədə yeni Almaniya istehsalı olan “Zenner” markalı əvvəlcədən ödənişli sayğacların quraşdırılmasına başlayır.

AzerTimes-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, dövlət yoxlanışı icra edilərkən əhali abonentləri üçün sayğac əvəzlənməsi zamanı bu sayğaclardan da istifadə olunacaq:


“Onu da qeyd edək ki, əvəzlənmə prosesi ödənişsizdir. Bir məqama da xüsusilə toxunmaq istəyirik ki, artıq sabahdan seçimi abonentlərin ixtiyarına buraxırıq. Əvəzlənmə zamanı abonentdən soruşulacaq. O, hansı növ sayğacı istəyərsə (mexaniki-elektron, yoxsa əvvəlcədən ödənişli), həmin sayğac da onun istifadəsi üçün quraşdırılacaq”.

Teqlər: