Azərbaycanda qandonduran HADİSƏ: Ata qızını qətlə yetirib, intihar etdi

Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəminində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

Teqlər: