Azərbaycanda pul bazası 35 faizdən çox artıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci il martın 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 13,315 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir

Ötən ayla müqayisədə pul bazası 3,5 faiz və ya 452 milyon manat artıb.


Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 32,3 faiz və ya 3,25 milyard manat artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: