Bakıda Peru səfirliyi açıldı

Bakıda Peru səfirliyi açıldı

Peru Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.

P. Mirzəzadə L. Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. L. Boldrini isə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.