Azərbaycanda pensiya işləri elektronlaşdırılır

Azərbaycanda pensiya işləri elektronlaşdırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi pensiya işlərin arxivləşdirilməsi üçün müvafiq sənədlərin elektronlaşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Quadra” MMC-dir.

Qalib şirkətə 74 min manat ödəniləcək.