Azərbaycanda “PayPal” elektron ödəniş sisteminin funksiyaları genişləndiriləcək

Xəbər - Fidan Babayeva – Trend:

Azərbaycanda “PayPal” beynəlxalq elektron ödəniş sisteminin funksiyaları genişləndiriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, hazırda “PayPal”ın funksiyaları ölkədə qismən işləyir:


“Onun tamhüquqlu işləməsi üçün müəyyən işlər aparılmalıdır. Xüsusilə, bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməlidir. Bu prosesdə “Azərpoçt”un rolu böyükdür”.

(Tərcümə: Orxan Nəbiyev)