Azərbaycanda Novruz ərəfəsində əfv ola bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

AzerTimes-ın məlumatına görə, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə, o cümlədən məişət zorakılığı və digər zəmində cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Teqlər: