Azərbaycanda narkomanlıqla bağlı 2050 cinayət faktı aşkarlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin I rübü ərzində Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Teqlər: