Azərbaycanda mobil internetin sürəti artıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin avqustunda Azəbaycanda mobil və genişzolaqlı internetdə yükləmə sürəti müvafiq olaraq orta hesabla 39,25 meqabit/saniyə və 25,36 meqabit/saniyə təşkil edib.

Trend bu barədə “Ookla” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,01 meqabit və 1,28 meqabit artıb.

Eyni zamanda, avqustda mobil şəbəkə üzrə məlumatların yüklənməsi sürəti iyulla müqayisədə 5,4 faiz artıb.

Genişzolaqlı internetin sürəti iyulla müqayisədə 5 faizdən çox artıb.

Qeyd edək ki, dünyada mobil internetin orta sürəti 56,74 meqabit/saniyəyə bərabər olub.


Azərbaycan mobil internet sürətinə görə, 137 ölkə arasında 62-ci yerdə, genişzolaqlı internet sürətinə görə, 181 ölkə arasında 121-ci olub.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)