Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz azalaraq 34,1 milyon manat olub.

AzerTimes-ın məlumatına görə, gəlirlərin 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8 faiz səviyyəsində olub (2020-ci ilin yanvar-mart aylarında 12,2 faiz). Bu göstərici Şabranda 45,1 faiz, Beyləqanda 21,1 faiz, Qusarda 19,4 faiz, Naftalanda 16,8 faiz, Qəbələdə 14,8 faiz, Lənkəranda 14,7 faiz, Qubada 13,8 faiz, Şəmkirdə 11,0 faiz, Mingəçevirdə 10,6 faiz, Bərdədə 10,3 faiz, Şamaxıda 9,8 faiz, Bakıda 9,6 faiz, Ağcabədidə 9,0 faiz, Cəlilabadda 8,3 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.


Twitter: @ElchinMehdiyev

Teqlər: