Azərbaycanda kvotalı iş yerlərinin sayı iki dəfədən çox artırılacaq

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda yaxın müddətdə əlillər və həssas kateqoriyadan olan digər şəxslər üçün kvotalı iş yerlərinin sayının artırılması üçün işlərə başlanılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, kvota əsasında işədüzəltməni nəzərdə tutan aktiv məşğulluq tədbiri var. Bu tədbir çətçivəsində ölkə üzrə 2800-ə yaxın kvotalı iş yeri mövcud idi:

“Lakin biz son aylar ərzində ölkə üzrə bütün işəgötürənlərin monitorinqini keçirdik. Müəyyən olundu ki, bizim kvota üzrə 6000-ə yaxın iş yerinin yaradılması imkanı var. Bu, o deməkdir ki, biz əlillərin və həssas kateroqirayadn olan digər şəxslərin işlə təmin edilməsi imkanlarını ən azı iki dəfədən çox artıra bilirik. Biz yaxın müddətdə bu prosesə başlayacayıq”.

Teqlər: