Azərbaycanda koronavirusa yoluxan ər və arvad saxlanıldı (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Faiq Qocayev və onun həyat yoldaşı Sadəgül Qocayeva ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: