Azərbaycanda kompüter istehsalında ciddi artm müşahidə edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda kompüter istehsalında ciddi artm müşahidə edilib.

AzerTimes-ın məlumatına görə, 2021-ci ilin yanvar- aprel aylarında kompüter, elektron vəoptik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 71,30 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 65,2 faiz artınb.

Dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 31,5 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,7 dəfə, məiş ət soyuducularının istehsalı 2,2 dəfə, qəbuledici qurğuları olmayan radio vəteleviziya verilişləri aparatlarının istehsalı 73,1 faiz artıb.

Teqlər: