Azərbaycanda KOB məhsullarının onlayn satış platformasının işə salınması planlaşdırılır

Azərbaycanda KOB məhsullarının onlayn satış platformasının işə salınması planlaşdırılır.

Azərbaycan Beynəlxalq Bankın Sahibkarlar Klubundan AzerTimes-a verilən məlumata görə, startap sertifikatlarının verilməsi sahəsində yeniliklər gözlənilir.


Qeyd edilir ki, yaxın aylarda KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılması üçün onlayn satış platforması, həmçinin KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün onlayn videotəlim platfomasının istifadəyə verilməsi planlaşdırılır.