Ər arvadının, oğul isə anasının boğazını kəsdi

Ər arvadının, oğul isə anasının boğazını kəsdi

Azərbaycanda iki ağır cinayət hadisəsi baş verib. Kişi arvadını, oğul isə anasını öldürüb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş Arzu Namazov münaqişə zəminində arvadı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən ölüb.

A.Namazov Ağsatafa RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Neftçala rayonunun Xolqarabucaq kəndində isə Əlibala Səfərov evində ögey anası Bahar Mərdiyevanın boğaz, çiyin və digər nahiyələrinə bıçaqla xəsarət yetirib. O ruhi xəstə olub. Qadın hadisə yerində ölüb.

Ə.Səfərov Neftçala RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Hər iki faktla bağlı araşdırmalar davam edir.