Azərbaycanda kibertəhlükəsizliklə bağlı müraciətlərin 97 faizə yaxını təmin edilib

Xəbər - Fidan Babayeva – AzerTimes:

2021-ci ilin may ayında Azərbaycanda kibertəhlükəsizliklə bağlı 353 müraciət edilib.

AzerTimes bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, may ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,6 faizinə (341 müraciət) baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata görə, may ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 2 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 10 hesabat təqdim edilib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında, kibertəhlükəsizliklə bağlı müraciətlərin ümumi sayı 4 989 ədəd təşkil edib. Dövr ərzində ümumi sorğuların 97 faizi baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 244 hesabat təqdim edilib. Yanvar-mart ayları ərzində Azərbaycanın internet seqmentində 50 domen və 155 subdomen qeydiyyata alınıb.

(Tərcümə: Orxan Nəbiyev)