Azərbaycanda iri şirkətlər koronavirusu biznesə təhdid hesab edir – Sorğu

Xəbər - Zeyni Cəfərov – AzerTimes:

Azərbaycanda bir çox iri şirkətlərin rəhbərləri koronavirus pandemiyasını biznesin inkişafı üçün əsas təhdid sayır.

AzerTimes-in məlumatına görə, bunu “PwC Azerbaijan” şirkətinin idarəedici partnyoru Mövlan Paşayev Azərbaycanda şirkət rəhbərləri arasında keçirilmiş sorğunun təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sorğuda rəyi soruşulanların 64 faizi COVID-19-u şirkətin artımı üçün təhdid olaraq görür.

Bundan başqa, respondentlərin 50 faizdən çoxu əsas təhdid olaraq valyuta məzənnələrinin dəyişkənliyini, 40 faizə yaxını isə vergi öhdəliklərini görür.

“PwC Azerbaijan”ın keçirdiyi sorğuda respondentlərin əksəriyyəti dünya iqtisadiyyatının artım tempinin 2021-ci ildə bərpa olunacağını hesab edib.

(Tərcümə: Orxan Nəbiyev)