Azərbaycanda ilk dəfə olaraq “Türkiye Kalite Ödülleri 2021” sahiblərinə təqdim edilib (FOTO)

Azərbaycanda ilk dəfə olaraq “Türkiye Kalite Ödülleri 2021” Avand Production-ın təşkilatçılığı, Ayaz Məmmədov və Oya Ulucanın imzası altında həyata keçirilərək, sahiblərinə təqdim edilib.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan , peşəkar şəxs və şirkətlər mükafatlandırılıb. “Türkiye Kalite Ödülleri ” 2021 Mükafatlandırma gecəsinin aparıcı postu tanınmış sima Azər Axşama həvalə edilib .

“Türkiye Kalite Ödülleri” 2021 mükafatına adına layiq görülən Qarabağ qaziləri və dövlət medallari ilə təltif olunan Elnur Əkbərov və Zakir İmanov, Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Könül Xasiyeva, Mələkxanım Əyyubova, Əməkdar artistlər Fərqanə Qasımova, Elnur Əhmədov, Nigar Şabanova, Təyyar Bayramov, Elza Seyidcahan, AzerTimes İA jurnalisti Vüqar İmanov, FHN əməkdaşı Kamil Dünyamalıyev, Qarabağ Qazisi Zakir İmanov, yaradıcı şəxslərdən Aynur Dadaşova, Fatimə Fətəliyeva, Rüfət Axundov, Sabina İmanova, Elşən Əliyev və başqa tanınmış şəxslər yer alıb.


Lahiyənin rəhbəri Ayaz Məməmmədov, içraçı prodüser Xəyal Əhmədov , mədəniyyət işləri üzrə icraçı prodüser Nərminə Qafarlı, dizayn və qrafika işləri üzrə prodüser Gunay Tapdiqova.

İnformasiya dəstəyi – AzerTimes.az, Day.az, AzerTimes, Azernews.az

Teqlər: