Azərbaycanda hiss edilən zəlzələ oldu

Azərbaycanda hiss edilən zəlzələ oldu

Azərbaycanda növbəti zəlzələ oldu.

Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:22:35-də Saatlıdan 3 km cənub-qərbdə, Saatlı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Maqnituda 4.4 olan zəlzələ yerin 54 km dərinliyində olub.