Azərbaycanda hesabat verən siyasi partiyaların sayı açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2020-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasından AzerTimes-a verilən məlumata görə, indiyə qədər 43 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.

Teqlər: