Azərbaycanda Fransız İnstitutunda animasiya sərgisinin açılışı olub (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Fransanın Azərbaycandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanda Fransız İnstitutunda animasiya filmləri sərgisinin açılış mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransada animasiya filmlərinin inkişafından və əhəmiyyətindən danışıb. O qeyd edib ki, animasiya filmləri artıq bütün dünyada məşhurdur.


Səfir Azərbaycanda da animasiya filmləri industriyasının inkişaf etdiyini diqqətə çatdırıb. Deyib ki, azərbaycanlı rejissorların filmləri Fransada keçirilən beynəlxalq animasiya filmləri festivalında iştirak edir.

Teqlər: