Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 698 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 040, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 658 nəfərdir.


Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 069 488, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 672 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396 985 təşkil edir.

Teqlər: