Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 3 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 843 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 060 586 təşkil edir.

Teqlər: