Azərbaycanda bu günə qədər 444 minə yaxın şəxs vaksinasiya olunub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanda bu günə kimi 443 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir:

“Martın 11-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9,825 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 443,888 nəfər peyvəndlənmə prosesində iştirak edib”.

Teqlər: