Azərbaycanda bir ildə təbii və texnogen hadisələrdə 87 nəfər həlak olub

Xəbər - Elçin Mehdiyev – Trend:

2020-ci il ərzində Azərbaycan ərazisində 14780 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 1791 hadisə və ya 11% azdır.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 87 nəfər həlak olub, 278 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 41 nəfər xilas edilib, 514 nəfər təxliyə olunub.

2020-ci il ərzində respublika ərazisində 176 təbii mənşəli hadisə qeydə alınıb, 1 nəfər həlak olub, 1 nəfər xəsarət alıb. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 5 nəfər təxliyə olunub.

2020-ci il ərzində respublika ərazisində 14604 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2019-cu il ilə müqayisədə 1795 hadisə və ya 11% azdır.

Texnogen mənşəli hadisələr nəticəsində 86 nəfər həlak olub, 277 nəfər xəsarət alıb ki, bu da 2019-cu il ilə müqayisədə həlak olanlar üzrə 18 nəfər və ya 26% çox, xəsarət alanlar üzrə 61 nəfər və ya 18% azdır.

Teqlər: